Klassik Ortopedik Səccadə
Diz hissəsində 5 sm yaddaşlı süngər. Düz və günbəz forma, 15 variant.
Sərt döşəmə və nazik səccadələr namazı çətinləşdirir. Cənamaz, namazlıq, namaz xalçası — adı bölgəyə görə dəyişir, problem eynidir. RahatSəcdə yaddaşlı visko süngəri ilə diz qapaqlarına düşən təzyiqi azaldır: diqqətiniz ağrıda yox, duanızda olur.
Qiymətlər 45 ₼-dən başlayır · Sifariş verilən gün göndərilə bilər · poçtla 2–3 gün
1.9M baxış · Instagram
Videolar 5 saniyədən bir dəyişir
Problem
İbadətin məqsədi əziyyət deyil, qəlbin rahatlığıdır. Biz namazı asanlaşdırmırıq — maneələri aradan qaldırırıq.
Nazik səccadə ilə səcdə edərkən bədən çəkisinin böyük hissəsi birbaşa diz qapağına düşür. Zamanla bu, ağrıya çevrilir.
Ağrı başlayanda diqqət duadan yayınır. Yaşlılar və diz problemi olanlar üçün namaz getdikcə çətinləşir.
Ucuz süngərin daxili quruluşu zəifdir — bir neçə aya formasını itirir, diz yenidən yük alır və rahatlıq itir.
Niyə RahatSəcdə?
Biz səccadə satmırıq — ibadətə rahatlıq qatırıq.
Yüksək sıxlıqlı ortopedik süngər bədən təzyiqinə görə forma alır və hər səcdədə dizləri yumşaq tutur. Yumşaqlıq zəiflik deyil — sıxlıq göstəricisidir.
Özəl seriyada diz hissəsindəki süngər qalınlığı 8 sm-dir. Klassik və Premium modellərdə isə 5 sm — gündəlik istifadə üçün kifayət edir.
Özəl seriyada süngər yalnız dizdə deyil, səccadənin bütün səthi boyu yerləşdirilib — rahatlığı hər nöqtədə hiss edirsiniz.
Alt hissədəki fermuar sayəsində süngəri çıxarıb üzlüyü əllə və ya yuyucu torbada maşında yuya bilərsiniz.
Namaz əsnasında rahat hərəkət etməyiniz və diz rahatlığınızın lazımi yerdə qalması üçün bu ölçü seçilib.
Səccadənin üzərinə ad, ithaf və ya dua tikmə maşını ilə qızılı sapla həkk olunur. Hədiyyə üçün ən çox seçilən variantdır.
Kataloq
Üç model, çoxsaylı rəng. Qiymətlər açıq — gizli xərc yoxdur.
Diz hissəsində 5 sm yaddaşlı süngər. Düz və günbəz forma, 15 variant.
Klassiklə eyni 5 sm süngər, daha keyfiyyətli parça və zərif mehrab dizaynı.
Səccadənin hər yerində süngər, diz hissəsində 8 sm. Xarici istehsal, məhdud sayda.
Səccadənin üzərinə ad, soyad və ya özəl dua tikmə maşını ilə həkk olunur.
Diqqət
Bəzi səccadələr ortopedik görünsə də, içində adi süngər olur. Fərqi ilk baxışda görmək mümkün deyil — amma bir neçə aya özünü göstərir.
Məsləhətimiz: kimdən alırsınızsa alın, sifariş etməzdən əvvəl mütləq süngərin videosunu istəyin. Video göndərilmirsə, süngər aydın görsənmirsə və ya sıxlığı göstərilmirsə — ehtiyatlı olun.

Müştəri rəyləri
Instagram-dakı 153 paylaşımlıq müştəri arxivimizdən seçmələr.
“Çox xoşuma gəldi məhsul. Dizi heç ağrıtmır, çox yumşaqdır. Təşəkkürlər.”
“Dünən sifariş götürdüm, mamam üçün almışdım. Çox təşəkkür edirəm, çox keyfiyyətlidir, rəngi də çox canlıdır. İnşallah yenidən başqa rəngini də sifariş verəcəyəm.”
“Məhsul haqqında bir söz deyə bilərəm — möhtəşəm. Rahatlığına söz ola bilməz.”
“Səccadəni çox bəyəndik, yaxşı ki iki ədəd götürmüşük. Çox keyfiyyətli, səliqəli işlənib, çox rahatdır. Çatdırılması, operativliyiniz — hər şey mükəmməldir. Allah razı olsun.”
“Düzünü desəm, şəkildə bəyənməmişdim, amma canlı çox bəyəndim. Səliqəli bağlamayla göndəribsiz. Çox sağ olun, bəyəndik.”
“Hər şey əla, təşəkkür edirəm. Anamı sevindirməyimə kömək etdiyiniz üçün təşəkkür edirəm.”
“Çox sağ olun, yaxşı məhsuldur. Xüsusilə diz qoymaq üçün yerin yumşaq olması mənim kimi dizləri ağrıyan insanlara bir çıxış yolu olur. Təşəkkürlər.”
“Ödədiyim pulun qəpiyinə kimi halal xoşunuz olsun. Cənamazın rəngi, materialı, rahatlığı, hətta ətri belə möhtəşəm idi, xoşumuza gəldi.”
Instagram · TikTok
İki platformada 4.5M baxış — real insanların real sualları və rəyləri.
1.9M baxış · 14 791 bəyənmə
511K baxış · 2 562 bəyənmə
162K baxış · 798 bəyənmə
Bloq
Diz ağrısı, dini suallar, səccadə seçimi və hədiyyə məsləhətləri.

Cənamaz, namazlıq, səccadə, namaz xalçası — dördü də eyni əşyanı bildirir. Sözlər haradan gəlib, hansı harada işlədilir və əsl fərq nədədir?
Oxu →
Sübh namazında bədən niyə ağır olur? Oyanışdan namaza qədər olan dəqiqələri asanlaşdıran sadə addımlar və səcdəni rahatlaşdıran həllər.
Oxu →
Sifariş verdikdən sonra səccadə sizə necə çatır? Bakı, rayonlar və Naxçıvan üçün qiymətlər, müddətlər, qablaşdırma və hədiyyə göndərişləri barədə.
Oxu →Necə sifariş verim?
Kataloqdan bəyəndiyin modeli seç — 4 variant var. Əmin deyilsənsə, yaz, kömək edək.
050 429 18 36 nömrəsinə yaz. Model, sayı və ünvanını bildir — ən qısa zamanda geri dönüş edirik.
Bakı daxili 4–5 ₼, rayonlara poçtla 5 ₼, Naxçıvana 7 ₼. Hədiyyəlik qablaşdırma qiymətə daxildir.

Diz ağrısına son. Rahat ibadət üçün ortopedik səccadə. Sual ver, rəng seç, sifariş et — hamısı bir mesajla.
Və ya tez-tez verilən suallara bax.